BAKI, 20 mart. TELEQRAF
Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrinə daha üç jurnalisti və bir məmuru əlavə edib.
Teleqraf xəbər verir ki, jurnalist Konstantin Qaaze, Aleksandr Strogalev, Anna Nemzer, keçmiş məmur İvan Mısenko və Media Partisans təşkilatı xarici agent kimi tanınıb.
Onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici təşkilatlar üçün materialların hazırlanmasında ittiham olunurlar.
"Onlar Rusiya Federasiyasının dövlət orqanları tərəfindən qəbul edilmiş qərarlar və yürüdülən siyasət barədə yalan məlumatlar yayıb və Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıblar", - deyə məlumatda qeyd olunur.