BAKI, 20 mart. TELEQRAF
Ankara regionda sülh və sabitliyin təmin olunması üçün dialoqun və diplomatik səylərin bərpası üçün çalışır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize vilayətinin sakinləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, İran ətrafındakı mövcud münaqişə regionda vəziyyəti daha da gərginləşdirib: "Müharibə İran və Livanda çoxsaylı itkilərə səbəb olub. Livanda azı min nəfər həlak olub, məcburi köçkünlərin sayı isə bir milyonu ötüb. Hadisələri diqqətlə izləməkdə davam edirik. Türkiyənin münaqişələrə cəlb olunmasının qarşısını almağa hədəflənmişik”.
Pakistanla Əfqanıstan arasında qarşıdurmadan bəhs edən Ərdoğan bildirib ki, Türkiyə Ramazan bayramı dövründə atəşkəsin əldə olunması üçün İslamabad ilə Kabil arasında razılığa töhfə verib.