BAKI, 17 mart. TELEQRAF
Braziliya millisinin 2026 Dünya Çempionatı öncəsi geniş heyətinə ilk dəfə çağırılan “Qalatasaray”ın futbolçusu Qabriel Sara millidə debüt etmədən tarixə düşüb.
Teleqraf “Globo”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Joinville şəhərində doğulub və Braziliya millisinə çağırılan ikinci oyunçu kimi tarixə düşüb.
Buna nail olan ilk şəxs isə 50 il əvvəl qapıçı Jairo Nascimento olub.
Qeyd edək ki, Qabriel Sara bu mövsüm “Qalatasaray” forması ilə 38 oyunda iştirak edib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İngiltərənin “Norviç Siti” klubundan transfer olunub.