ŞUŞA, 17 mart TELEQRAF

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada baharın müjdəçisi sayılan Torpaq çərşənbəsi qeyd edilib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, təşkil olunan bayram tədbirində şəhər sakinləri və bu günü Şuşada keçirmək üçün gələn qonaqlar iştirak ediblər.

Bayram tonqalı şəhərin qala divarları yaxınlığında qalanıb. Sakinlər tonqal ətrafında toplaşaraq rəqs edib, bir-birini təbrik edib və bayram əhval-ruhiyyəsini bölüşüblər.

Qeyd edək ki, Şuşa şəhəri 1992-ci ildə işğal olunmuş, Şuşa əməliyyatı nəticəsində 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.