BAKI, 10 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, N. Paşinyan Parisdə keçiriləcək Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Səfər proqramı çərçivəsində martın 11-də Nikol Paşinyanın Strasburqda, Avropa Parlamentində çıxışı da gözlənilir.