BAKI, 5 mart. TELEQRAF

İranda Ayətullah Əli Xameneyinin ölümündən sonra ölkənin yeni Ali Rəhbərinin müəyyən edilməsi prosesi həlledici mərhələyə qədəm qoyub.

Teleqraf xəbər verir ki, bu barədə yeni rəhbərin seçilməsinə məsul olan Ekspertlər Şurasının üzvü Möhsün Kumi məlumat verib.

M.Kumi prosesin artıq yekunlaşmaq üzrə olduğunu bildirib: “Yeni Ali Rəhbərin seçilməsi prosesi son mərhələdədir. Ekspertlər Şurası üzərinə düşən vəzifəni yerinə yetirir ki, ən qısa zamanda yeni lideri xalqa təqdim etsin”.