BAKI, 28 fevral. TELEQRAF

Boliviyanın Hərbi Hava Qüvvələrinə məxsus C-130 “Hercules” tipli təyyarə El-Alto şəhərində şose yoluna düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.

Məlumata görə, C-130 "Hercules" tipli təyyarə şose ilə hərəkət edən bir neçə avtomobillə toqquşub. Onların arasında ictimai və yük nəqliyyatı vasitələrinin olduğu bildirilir. Hadisə nəticəsində ondan çox avtomobil yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, 15 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hazırda xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib. Qəzetin yazdığına görə, hadisə yerinin yaxınlığında təyyarənin daşıdığı ehtimal edilən pul vəsaitləri aşkarlanıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.