BAKI, 25 fevral. TELEQRAF
Meksika hökuməti Kubaya hərbi-dəniz qüvvələrinə məxsus iki gəmi ilə 1 193 ton həcmində əlavə humanitar yardım yola salıb.
Teleqraf xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardımın göndərilməsi prezident Klaudiya Şeynbaumun göstərişi əsasında həyata keçirilib. Sənəddə qeyd olunur ki, Meksika Hərbi-Dəniz Qüvvələri vasitəsilə Kuba Respublikasına yeni humanitar yük çatdırılıb.
Nazirlik vurğulayıb ki, Mexiko hökuməti Latın Amerikası xalqları ilə həmrəylik ənənəsini davam etdirir.