BAKI, 24 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bəzi qurum və vətəndaşlarına qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, müvafiq sənəd Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

Sanksiya siyahısına ümumilikdə 15 təşkilat daxil edilib. Onların arasında "Rosarxiv", Rusiya Dövlət Hərbi Tarixi Arxivi, Rusiya Tarix Cəmiyyəti və digər qurumlar yer alıb.

Məhdudiyyətlər həmçinin 29 fiziki şəxsi də əhatə edir.