Ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyat prosesi davam edir.
Teleqraf xəbər verir ki, bu saata olan göstəricilərə əsasən 47 min 406 nəfərin qeydiyyatı təsdiqlənib. Onlardan 42 min 626 nəfər Azərbaycan bölməsi, 5 min 827 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu martın 5-dək davam edəcək.