BAKI, 20 fevral. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlara verilən sosial imtiyazların və xüsusi statusun ləğvini nəzərdə tutan qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, Ukrayna vətəndaşları ölkədə pulsuz tibbi xidmət və mənzil haqqının ödənilməsi üzrə güzəştlərdən məhrum olurlar.
Sənəddə qeyd olunub ki, bu məhdudiyyətlər yalnız Polşada müalicə alan Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinə şamil edilməyəcək. Onlar üçün müstəsna hal olaraq müvafiq yardım proqramları qüvvədə saxlanılacaq.
Polşa hakimiyyəti bu addımı büdcə vəsaitlərinə qənaət və sui-istifadə hallarının qarşısının alınması ilə əsaslandırıb.
Ölkədə qanuni əsaslarla qalmaq istəyən ukraynalılara alternativ olaraq 3 illik müddətə yaşayış icazəsi (VNJ) almaq təklif olunacaq.