BAKI, 20 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXI turunda “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları Filip Ozobiç (11-ci dəqiqə) və Xorxe Silva (19-cu dəqiqə) vurublar.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası xallarını 37-yə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Rəşad Sadıqovun kollektivi isə 35 xalla 4-cü pilləyə enib.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.