BAKI, 20 fevral. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) “Ferrosplavnaya-1” xəttinin zərərinin qiymətləndirilməsi və təmiri üçün Rusiya və Ukraynanı müvəqqəti atəşkəsə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə agentliyin bəyanatında bildirilib.
“AEBA hər iki tərəfə müvəqqəti atəşkəs barədə təkliflə müraciət edib”, - deyə açıqlamada qeyd olunub.