BAKI, 20 fevral. TELEQRAF

ABŞ hakimiyyəti qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində bir qrup Özbəkistan vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Teleqraf xəbər verir ki, nu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

Sənədə əsasən, məhdudiyyətlər Özbəkistanda fəaliyyət göstərən və viza rəsmiləşdirilməsi ilə məşğul olan iki şirkətin rəhbərləri və yüksək vəzifəli nümayəndələrinə şamil olunub. ABŞ tərəfinin iddiasına görə, həmin şəxslər Birləşmiş Ştatlara qeyri-qanuni miqrasiya etməyi planlaşdıran əcnəbilərə yönəlmiş turizm xidmətləri göstəriblər.

Bəyanatda adıçəkilən şirkətlərin adları və barəsində məhdudiyyət tətbiq olunan şəxslərin kimliyi açıqlanmayıb.