BAKI, 20 fevral. TELEQRAF
2026-cı ilin yanvarında Azərbaycanda 2 milyon 252,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 4 milyard 274,2 milyon kubmetr təbii qaz hasil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hasil edilən xam neftin 2 milyon 247,9 min tonu əmtəəlik neftin, təbii qazın 3 milyard 382 milyon kubmetri isə əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən neft hasilatı 2,4%, əmtəəlik neft hasilatı isə 2,3% azalıb.
Yanvarda təbii qaz hasilatı 7,4%, əmtəəlik qaz hasilatı isə 8,7% artıb.