BAKI, 19 fevral. TELEQRAF

İsveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 1,42 milyard dollar yardım ayırıb.

Teleqraf xəbər verir ki, İsveç Ukraynaya təxminən 1,42 milyard dollar dəyərində 21-ci hərbi yardım paketinin ayrıldığını elan edib.

Ölkənin müdafiə naziri Pol Conson bildirib ki, Ukraynada hava hücumundan müdafiənin gücləndirilməsi təcili məsələdir: "İsveç Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyük dəstəyi göstərən ölkələrdən biridir".

İsveç istehsalı olan Tridon Mk2 zenit sistemlərinin, eləcə də sensorların və zenit toplarının alınması və təhvil verilməsi üçün 400 milyon avrodan çox vəsait ayrılacaq. İsveç ordusunun ehtiyatından qumbaraatanlara, artilleriya sursatlarına və Ukrayna qoşunlarının təliminə 280 milyon avrodan çox vəsait xərclənəcək.