BAKI, 19 fevral. TELEQRAF

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con Cənubi Koreyanın Şimali Koreya ərazisinə göndərilən dronlarla bağlı rəsmi açıqlamasını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət agentliyi KCNA məlumat yayıb.

Kim Yo Con bildirib ki, belə ciddi suverenlik pozuntularının təkrarlanmaması Cənubi Koreyanın özünün təhlükəsizliyi üçün vacibdir. Onun sözlərinə görə, Şimali Koreya ordusu sərhəddə ayıq-sayıqlığın gücləndirilməsi üçün müvafiq tədbirlər görəcək.

KCNA-nın yaydığı açıqlamada Kim Yo Conun “düşmənlə sərhəd möhkəm olmalıdır” dediyi də qeyd olunur.