BAKI, 19 fevral. TELEQRAF

Suriya tərəfi Rusiyanın ölkədə mövcudluğunun qorunub saxlanılmasında maraqlıdır və tərəflər hərbi obyektlərlə bağlı dialoq aparır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Sergey Lavrov Rusiyaya məxsus hərbi obyektlərin hazırda müzakirə edildiyini qeyd edib. Onun sözlərinə görə, suriyalılar Rusiyanın mövcudluğunun saxlanılmasında maraqlıdır.

Nazir bildirib ki, bu obyektlər artıq 2025-ci ilin dekabrına qədər olduğu kimi sırf hərbi funksiyalar daşımır, lakin onların humanitar mərkəzlərə çevrilməsi üçün kifayət qədər yararlı imkanları var.