BAKI, 19 fevral. TELEQRAF
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mart ayında Qrenlandiyaya səfər etməyi və bura üçün dəstək paketini açıqlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Bildirilir ki, Avropa Komissiyası Qrenlandiya üçün xüsusi dəstək və investisiya tədbirləri paketi üzərində işləyir.
Xatırladaq ki, yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Ursula fon der Leyen Avropa İttifaqının Qrenlandiya üçün geniş investisiya paketi hazırladığını bəyan etmişdi.