BAKI, 19 fevral. TELEQRAF

Almaniya ABŞ-dən əlavə F-35 qırıcı təyyarələri sifariş etmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Berlinin Fransa ilə birgə yeni nəsil qırıcı təyyarə proqramının uğursuzluğa düçar olması fonunda ABŞ hərbi texnologiyalarından asılılığını daha da artıra bilər.

Agentliyin məlumatına əsasən, Almaniya tərəfi 35-dən çox təyyarənin alınması ilə bağlı danışıqlar aparır.