BAKI, 19 fevral. TELEQRAF
İranla razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib.
“İranın nüvə silahı olmamalıdır. Bu, çox açıq şəkildə onlara deyilib. Uitkoff və Kuşner iranlılarla yaxşı danışıqlar aparıb. Məzmunlu bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər. Yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək. Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox” - Tramp qeyd edib.