BAKI, 19 fevral. TELEQRAF

Prezident Donald Tramp ABŞ-nin Sülh Şurası üçün 10 milyard dollar ayıracağını açıqlayıb.

Teleqraf xəbər verir, bu barədə o, Sülh Şurasının iclasında açıqlama verib.

"Bu vəsait müharibənin xərcləri ilə müqayisədə çox kiçik bir rəqəmdir. Sülh Şurası bu zaldan başlayaraq daha yaxşı bir gələcəyin necə qurulacağını göstərir", - deyə Tramp bildirib.

O əlavə edib ki, İndoneziya, Mərakeş, Albaniya, Kosovo və Qazaxıstan Qəzzanı sabitləşdirmək üçün qoşun və polis göndərməyə razıdırlar: "Misir və İordaniya isə "çox etibarlı Fələstin polis qüvvəsi" yaratmaq üçün əhəmiyyətli işlər görürlər".