BAKI, 19 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın sülh planına baxmayaraq, Qəzza zolağında atəşkəs pozuntuları davam edir
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə bildirib.
"ABŞ Prezidenti Trampın bu planının birinci mərhələsinin atəşkəs, girovların azad edilməsi və cəsədlərin mübadiləsini əhatə etməsini alqışlayırıq. Bu, baş verib. Ümumilikdə, hərbi fəaliyyət kəskin şəkildə azalıb, lakin atəşkəs pozuntuları qalmaqdadır", - nazir qeyd edib.
Lavrov bildirib ki, BMT nümayəndələri tərəfindən yayılan statistikalarda zorakılığın davam etdiyinə dair faktlar var.