BAKI, 19 fevral. TELEQRAF

Bu gün saat 18:00 radələrində İrəvanda İsakov prospektində, ABŞ səfirliyinin qarşısında avtomobildə partlayış baş verib.

Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra avtomobildə yanğın olub.

Hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda patrul xidməti avtomobil sahibinin və sürücüsünün şəxsiyyətini, eləcə də qurbanların olub-olmadığını müəyyən edir.