Doqquz ölkə Qəzza üzrə Sülh Şurasının büdcəsinə ümumilikdə 7 milyard ABŞ dollarından çox vəsait yatırıblar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.
"Və bu gün məmnuniyyətlə bildirirəm ki, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard ABŞ dollarından çox vəsait yatırıb. Bu möhtəşəmdir. Sizə təşəkkür edirəm, cənablar", – Tramp qeyd edib.