BAKI, 19 fevral. TELEQRAF
Böyük Britaniyada amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı istintaqa doqquz polis xidməti cəlb edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.
Məlumata görə, xidmətlər kralın qardaşı Endryu və ABŞ-dəki sabiq səfir Piter Mandelsonun qanun pozuntularında iştirakına dair iddialarla bağlı araşdırmaya qoşulublar.
Bundan əvvəl London polisi Mandelsonun Epşteynlə əlaqələrinə dair yazışmaların açıqlanmaması üçün Britaniya hökumətinə müraciət etmişdi.