BAKI, 18 fevral. TELEQRAF

Hindistan Hərbi Dəniz Qüvvələri fevralın 18-də ölkənin Şərq Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahının yerləşdiyi Vişakhapatnam sahillərində beynəlxalq dəniz paradı keçirib.

Teleqraf xəbər verir ki, paradda 84 gəmi iştirak edib ki, bunlardan 19-u digər ölkələrdən olub.

Hindistan sabah, 19 fevralda rəsmi olaraq başlayacaq "MILAN 2026" adlı dəniz təlimlərinə ev sahibliyi edəcək. Bugünkü paradda olduğu kimi, qarşıdan gələn təlimlərdə Hindistanla dostluq münasibətləri olan təxminən 74 ölkə, o cümlədən ABŞ, Rusiya və İran iştirak edəcək.

Türkiyə və Çin bu tədbirlərdə iştirak etmir.