BAKI, 19 fevral. TELEQRAF

Qəbələ rayonunda restoranda dava olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Qəbələ şəhərində yerləşən “Künəfə” restoranında baş verib.

1989-cu il təvəllüdlü Elxan Məmmədov (ad-soyad şərti verilib – red.) uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozub.

E.Məmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.

Məmmədov ona elan olunan ittiham üzrə özünü təqsirli bilib.

Restoranı işlədən şəxs isə ifadəsində göstərib ki, Elxan Məmmədov bir neçə şəxslə restorana gəlib, təxminən 2-3 saat ərzində müxtəlif yeməklər yedikdən sonra hesabı ödəməkdən imtina edib.

Daha sonra aqressiv davranmağa başlayıb, restoranı işlədən şəxsin ünvanına nalayiq sözlər işlədib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs edilib.