BAKI, 19 fevral. TELEQRAF

Bu gün Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.