BAKI, 19 fevral. TELEQRAF
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Bildirilib ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.