BAKI, 18 fevral. TELEQRAF

Vaşinqton 18 İran rəsmisinə viza məhdudiyyətləri tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Katib Rubio telekommunikasiya sənayesinin 18 rəsmisi və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək üçün addımlar atır" - məlumatda qeyd olunur.

Viza məhdudiyyətləri İrandakı etirazlar zamanı aşkar edilmiş ciddi pozuntular səbəbindən tətbiq edilib.