BAKI, 19 fevral. TELEQRAF
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.
Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.