BAKI, 8 fevral. TELEQRAF

Yaponiyada keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hakim koalisiya Liberal-Demokrat Partiyası (LDP) aşağı palatada çoxluğu təmin edib.

Teleqraf xəbər verir ki, yerli “Yomiuri” qəzetinin yaydığı səsvermə nəticələrini paylaşıb.

Qeyd olunur ki, LDP əsas qanunverici orqanın aşağı palatasında kifayət qədər mandat qazanaraq lider mövqeyini qoruyub.

Seçkilərin yekunları ölkədə mövcud hökumətin siyasi kursunu davam etdirməsinə imkan yaradır.