BAKI, 7 fevral. TELEQRAF

20 yanvardan etibarən Yaponiyanın şimal bölgələri və Yapon dənizi sahillərini əhatə edən güclü qar fırtınaları nəticəsində 45 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın Yanğın və Xilasetmə İdarəsinin statistikası məlumat verir.

Ölümlər arasında qardan təmizləmə işləri zamanı damlardan yıxılanlar, həmçinin yolları və yolların kənarını təmizləyərkən vəziyyəti pisləşənlər var.

Ən çox ölüm halları Niigata və Akita prefekturalarında qeydə alınıb.

Fəsadlar nəticəsində 540 nəfər xəsarət alıb, onlardan 187 nəfərin vəziyyəti ağırdır.