BAKI, 6 fevral. TELEQRAF
ABŞ-nin maliyyə naziri Skott Bessent Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin Ukrayna üzrə aparılan danışıqların nəticələrindən asılı olacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" yazır.
Nazirin sözlərinə görə, növbəti sanksiya paketi Rusiyaya aid olduğu iddia edilən və kölgə donanması adlandırılan tankerlərə qarşı məhdudiyyətləri də əhatə edə bilər.
“Biz sülh danışıqlarının nəyə gətirib çıxaracağını görəcəyik”, - deyə Bessent qeyd edib.