BAKI, 6 fevral. TELEQRAF

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Səif əl-İslam Qəddafi 18 güllə atəşi ilə qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum Liviyanın Ez-Zintan şəhərində yerləşən iqamətgahda həyata keçirilib.

Məlumata görə, hücumda ümumilikdə dörd silahlı şəxs iştirak edib. Onlardan ikisi birbaşa Səif əl-İslamın iqamətgahına daxil olaraq atəş açıb, digər iki nəfər isə binanın kənarında keşik çəkib.

Telekanalın iddiasına əsasən, hücum baş verən zaman Səif əl-İslam telefonla danışırmış. Qeyd olunur ki, onun yaxın ətrafına daxil olan şəxslərdən biri hücum ehtimalı barədə onu əvvəlcədən xəbərdar edib.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyib.