BAKI, 5 fevral. TELEQRAF

ABŞ Rusiyaya qarşı ən böyük sanksiyalar paketi hazırlayıb və onun həyata keçirilməsi Ukraynadakı nizamlama ilə bağlı danışıqların gedişatından asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Bessent qeyd edib ki, masanın üzərində ən böyük sanksiyalar paketi var və onun tətbiqi birbaşa danışıqlar masasında irəliləyişlə bağlıdır.

Onun sözlərinə görə, Vaşinqton yeni məhdudiyyətlər, o cümlədən Rusiyanın kölgə donanmasına qarşı təzyiq göstərməyə davam edə bilər .

Vitse-prezident Ceyms Devid Vens əvvəllər bildirmişdi ki, ABŞ Ukraynadakı münaqişəyə baxmayaraq, Rusiya ilə maraqlarının kəsişdiyi müəyyən sahələrdə əməkdaşlıq edə bilər. O, bu mövqenin Prezident Donald Trampın xarici siyasətə yanaşması ilə uyğun olduğunu və bu yanaşmanın praqmatizmə əsaslandığını bildirib.