BAKI, 6 fevral. TELEQRAF
İspaniyanın gənclər naziri Sira Reqo bildirib ki, İspaniya insan haqlarının kobud şəkildə pozulması səbəbindən "X" sosial şəbəkəsinə girişi məhdudlaşdırmalı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançes amerikalı sahibkar Elon Mask və Telegram-ın qurucusu Pavel Durovu nəzərdə tutaraq qeyd edib ki, "texnologiya oliqarxlarının hürüşməsi" onun doğru yolda olduğunu göstərir.
Fevralın 4-də İspaniya Baş naziri əsas rəqəmsal platformaların sui-istifadə hallarına qarşı mübarizə aparmaq və ölkədə təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədi daşıyan tədbirlər paketini elan edib.