BAKI, 5 fevral. TELEQRAF
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Teleqraf xəbər verir ki, Zayed Əl Nəhyan Paşinyanı Azərbaycanla sülhün bərqərar olması münasibətilə təbrik edib və yaradılan yeni imkanların regionda əməkdaşlığın yeni səviyyəsinə çıxmasına imkan verəcəyinə əminliyini bildirib. BƏƏ Prezidenti ölkəsinin Ermənistanla müxtəlif sahələrdə əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb.
Baş nazir Paşinyan səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və əlavə edib ki, Ermənistan hökuməti BƏƏ ilə ticarət-iqtisadi əlaqələrin davamlı inkişafına önəm verir.
Ermənistan Respublikasının Baş naziri və BƏƏ Prezidentinin iştirakı ilə iki ölkə arasında investisiya sazişi imzalanıb.