BAKI, 6 fevral. TELEQRAF
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Qara Qarayevin ailəsində ağır itki baş verib.
Teleqraf xəbər verir ki, tanınmış futbolçunun atası Elxan Qarayev vəfat edib.
Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, “Qarabağ”ın yetirməsi və uzun illər Ağdam klubunun formasını geyinən Qara Qarayev karyerası boyu “Neftçi”də, son olaraq isə “Araz-Naxçıvan”da çıxış edib. O, ötən ayın əvvəllərində futbolçu karyerasını bitirərək U-21 millisində işə başlayıb.