BAKI, 5 fevral. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Qərbi Afrika respublikası olan Beninə səyahət etməkdən çəkinməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Buna səbəb kimi Benində vəziyyətin gərginləşməsi göstırilir.
Benində çevriliş cəhdinin qarşısı yerli ordu tərəfindən alınıb. Benin ordusu Nigeriya Hərbi Hava Qüvvələrindən, eləcə də xüsusi təyinatlılar göndərən Fransadan dəstək alıb.
Dekabrın 7-də bir qrup hərbçi Benində çevrilişə cəhd ediv. Üsyançılar prezidentin iqamətgahına hücum ediblər və daha sonra milli televiziya stansiyasının binasını ələ keçiriblər. Onlar efirdə hərbi bərpa komitəsinin yaradıldığını və prezidentin vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.
Üsyan yatırılıb və 13 nəfər saxlanılıb. Üsyanın lideri, podpolkovnik Paskal Tiqri qaçmağı bacarıb.