BAKI, 6 fevral. TELEQRAF
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da İtaliyada keçiriləcək.
Teleqraf xəbər verir ki, oyunlara Milan və Kortina-d’Ampeçço şəhərləri ev sahibliyi edir.
Məlumata görə, Olimpiadanın ilk yarışları fevralın 4-də start götürüb. Həmin gün kyorlinq üzrə qarışıq cütlüklərin turniri başlayıb. Fevralın 5-dən isə qadınlar arasında hokkey yarışları keçirilir. Rəsmi açılış mərasimi Milanın “San-Siro” stadionunda baş tutacaq və yerli vaxtla saat 20:26-da (Bakı vaxtı ilə 23:26) başlayacaq.
Qış Olimpiya Oyunlarında ümumilikdə 16 idman növü üzrə 116 dəst medal oynanılacaq. Bu, 2022-ci ildə Pekində keçirilən əvvəlki Olimpiada ilə müqayisədə 7 dəst çoxdur.