BAKI, 5 fevral. TELEQRAF

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Brendan Hanrahan ilə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia arasında görüş keçirilib.

Teleqrafv "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi görüş barədə açıqlama yayıb.

"ABŞ Dövlət Departamentində keçirilən görüşdə tərəflər ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə ediblər."

Gürcüstan tərəfi ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduğunu və strateji tərəfdaşlığın bərpasının vacibliyini bir daha təsdiqləyib.

Amerika tərəfi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini bir daha ifadə edib.