BAKI, 6 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Viktor Orbana dəstəyini ifadə edib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbərinin mesajı "TruthSocial"da dərc olunub.

“2022-ci ildə Viktoru yenidən seçilmək üçün dəstəkləməkdən qürur duydum və bunu yenidən etməkdən şərəf duyuram. Viktor Orban əsl dost, mübariz və qalibdir. Onun Macarıstanın Baş naziri vəzifəsinə yenidən seçilmək üçün mütləq dəstəyim var. O, heç vaxt böyük Macarıstan xalqını məyus etməyəcək!”, - deyə Amerika prezidenti yazıb.

O qeyd edib ki, ABŞ və Macarıstanın daha böyük uğurlar qazanması və əməkdaşlığı inkişaf etdirməsi üçün Orbanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.

Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ildə keçiriləcək.