BAKI, 5 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin ilin sonunadək Vaşinqtona səfər edəcəyini gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "NBC News" telekanalına müsahibəsində deyib: “Mən apreldə orada olacağam, sonra isə o ilin sonuna doğru Ağ Evə gələcək”.

Ağ Evin rəhbəri Çin lideri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

“Vacib olan odur ki, mənim onunla, onun da mənimlə yaxşı münasibətlərim var”, - deyə Tramp qeyd edib.