BAKI, 4 fevral. TELEQRAF
Fransanın Jironda bölgəsində Çinə casusluq etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, saxlanılanlardan ikisi Çin vətəndaşıdır. Bütün şübhəlilər mümkün ittihamlarla bağlı hakim qarşısına çıxarılıblar. Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisi üçün məhkəməyəqədər həbs qətimkan tədbiri istəyiblər.