BAKI, 5 fevral. TELEQRAF
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu Myanmanın şimal bölgələrindən Çinə ekstradisiya olunan minlərlə telefon dələduzu ilə bağlı genişmiqyaslı əməliyyatın nəticələrini açıqlayıb.
Teleqraf xəbər verir ki, 2025-ci ilin 11 ayı ərzində Myanmanın şimal rayonlarından Çinə ekstradisiya olunan 11 mindən çox şəxsə qarşı ittiham irəli sürülüb.
Qurumdan bildirilib ki, məqsədli əməliyyatlar çərçivəsində qanunvericiliyə uyğun olaraq 4 300-dən çox əsas fiqurantın həbsinə sanksiya verilib. İstintaq Min, Bay, Vey və Lyu klanları ilə əlaqəli ən iri cinayət sindikatlarının fəaliyyətini əhatə edib.
Hazırda Min və Bay qruplaşmaları üzrə işlərə dair məhkəmə qərarları artıq çıxarılıb. Belə ki, 16 nəfər barəsində ölüm hökmü dərhal icra olunmaqla çıxarılıb, 7 nəfər ölüm hökmünə iki il müddətinə təxirə salınmaqla məhkum edilib, daha 16 nəfər isə ömürlük həbs cəzası alıb.
Prosesin hüquqi müşayiəti Çjetszyan, Quandonq və Futszyan əyalətlərinin prokurorları tərəfindən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun birbaşa nəzarəti və rəhbərliyi altında həyata keçirilib.