BAKI, 5 fevral. TELEQRAF

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı 1991-ci il təvəllüdlü İslam Əhmədov və 12 yaşlı Y. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.