BAKI, 5 fevral. TELEQRAF
Latviya Baş naziri Evika Silinya və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqı ilə Rusiya arasında birbaşa danışıqların yenidən başlanmasının vacibliyini vurğulayıblar.
Teleqraf xəbər verir ki, onlar bu barədə "Euronews" telekanalına müsahibədə səsləndirilib.
Estoniya Prezidenti Alar Karis geosiyasi şəraitin dəyişdiyini qeyd edərək, Avropanın proseslərdə roluna diqqət çəkib və dialoqun olmamasından təəssüf etdiyini bildirib.
“Bir neçə il əvvəl danışmamaq mövqeyində idik, indi isə danışıqlar masasında olmamağımızdan narahatıq”, - deyə Karis vurğulayıb.
Latviyanın Baş naziri Evika Silinya da bu fikri dəstəkləyib. Onun sözlərinə görə, Avropa danışıqlar prosesində təmsil olunmalıdır.
“Ukraynalılar özləri danışıqlara başlayıblarsa, bəs niyə avropalılar danışıqlar aparmamalıdır?” - deyə Silinya qeyd edib.
Onlar bu məqsədlə Aİ-nin xüsusi nümayəndə təyin etməsini təklif ediblər.