BAKI, 5 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Moskva ilə təmas nöqtələri axtarmağa və mümkün əməkdaşlıq sahələrini dəyərləndirməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində Ağ Evin xarici siyasət kursunu şərh edərkən danışıb.
Onun sözlərinə görə, Prezident Donald Tramp administrasiyası Rusiya ilə əməkdaşlıq üçün imkanlar görür və qarşılıqlı maraq doğuran sahələrdə razılaşma yolları axtarır.
Vens bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində işləməyə çalışır, lakin bununla yanaşı, Rusiya ilə əməkdaşlıq edilə biləcək digər sahələr də mövcuddur.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, iki ölkə arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları qalmaqda davam edir. Bununla belə, onun sözlərinə görə, Vaşinqton və Moskva bəzi istiqamətlərdə mövqelərin uzlaşdırılması üçün real imkanlar görür.